mobil versiya

Nazarbayev: "Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm" - VİDEO




Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xalqa müraciət edib.

REPORTYOR.AZ xəbər verir ki, N.Nazarbayev sosial media üzərindən videomüraciət yayımlayıb:


“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.





SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 18-01-2022, 20:00