Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk edib - FOTO
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə ölkəni kütləvi etirazlar fonunda tərk edib.
REPORTYOR.AZ bu barədə Orda.kz portalına istinadən xəbər verir.
“Ölkədə yalnız sabiq dövlət başçısının böyük qardaş Bolat Nazarbayev qalıb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl jurnalistlər elbaşının (millətin lideri) ortancıl qızı Dinara Nazarbayevanın təyyarəsinin ölkədən getməsini qeydə alıblar. Dinarənin özünün hava gəmisində olub-olmadığı və bundan sonra ölkəyə qayıdıb-qayıtmadığı məlum deyil.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-01-2022, 17:00