Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar bu məbləğdə CƏRİMƏLƏNƏCƏK
Nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə saxlayanlar cərimə ediləcək.
REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cərimə müəyyən edilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-01-2022, 22:13