mobil versiya

Xarkovdakı fəxri konsulluğumuzun binası hava zərbələrindən sonra - VİDEO




Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası hava hücumuna məruz qalıb.

REPORTYOR.AZ xəbər verir ki, hadisədən sonra çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Mənbə yazır ki, axşam saatlarında baş verən hadisə zamanı binaya ciddi ziyan dəyib, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.

Hava zərbəsi endirilən zaman binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb.


SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 7-03-2022, 10:00