Azərbaycanda əksər ərazilərdə yağıntılar azalıb
Azərbaycanda əksər ərazilər üçün 1881-1960-cı illər dövrü ilə müqayisədə 1961-1990-cı illərdə orta illik yağıntı miqdarı artıb.
REORTYOR.AZ xəbər verir ki, bu, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının məqaləsində öz əksini tapıb.
Bildirilib ki, bunun əksinə olaraq, 1991-2016-cı illərdə havanın temperaturunun nəzərəçarpacaq dərəcədə artması fonunda yağıntıların əksər ərazilərdə yenidən azalması qeydə alınır ki, bu da iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatında ciddi problemlərə gətirib çıxara bilər.
Məqalədə 45 hidrometeoroloji stansiyanın müşahidə məlumatları əsasında müxtəlif dövrlər üçün Azərbaycan Respublikası ərazisində atmosfer yağıntılarının məkan-zaman paylanmalarının xüsusiyyətləri tədqiq edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-04-2022, 17:00