Siyəzəndə bir nəfər su kanalına DÜŞDÜ
Siyəzəndə bir nəfər su kanalında batıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-04-2022, 17:29