Novxanı çimərliyində 11 yaşlı oğlan boğuldu
Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-07-2021, 10:42