mobil versiya

Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanılıb




Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə REPORTYOR.AZ-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


MANŞET / SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 18-06-2021, 11:36