Bakıda 12 yaşlı uşaq su kanalında batdı
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 uşaq su kanalında batıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, su kanalında batan şəxsin meyiti çıxarılıb.
Belə ki, 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.
Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2021, 11:00