Zəlimxan Yaqubun qardaşı vəfat etdi
Türk dünyasının şairi Zəlimxan Yaqubun qardaşı Bəhram Yaqub 65 yaşında dünyasını dəyişib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya Zəlimxan Yaqubun oğlu Şəhriyar Yaqub məlumat verib. Onun sözlərinə görə, əmisi uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu gün səhər saatlarında isə dünyasını dəyişib:
“Əmim uzun illər dövlət orqanlarında, bir müddət isə xarici ölkələrdə çalışıb. Çox təəssüf ki, xəstəlik ona qalib gəldi”.
Şəhriyar Yaqub qeyd edib ki, əmisi Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində olan Kəpənəkçi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 12-05-2022, 14:14