mobil versiya

“Bəxt üzüyü”ndəki saz kimin olub? - Afaq Bəşirqızından AÇIQLAMA




Xalq artisti Afaq Bəşirqızı uzun illərdən sonra “Bəxt üzüyü” haqqında bilinməyən faktı açıqlayıb.

“Səhər mərkəzi” proqramına qonaq olan aktrisa 1991-ci ildə ekranlaşdırılan filmin məşhur səhnəsindən danışıb. Bəşirqızı ekran əsərinin qonaqlıq səhnəsi zamanı əlində olan sazın Xalq şairi Zəlimxan Yaquba məxsus olduğunu bildirib:

“Həmin o saz mərhum Xalq şairi Zəlimxan Yaqubun idi. Ondan almışdıq. Zəlimxan Yaqub sazı bizə verib ehtiyatla istifadə etməyimizi tapşırmışdı. Hətta bir nümayəndə də göndərmişdi. Mən də belə bir epizodu canlandıracağımı heç kəsə deməmişdim. Bilirdim, desəydim, sazla belə bir şeyin mümkün olmayacağını bildirərdilər. Ona görə özüm yerə yıxıldım, sonra da sazı yoxladım”.

Qeyd edək ki, “Bəxt üzüyü” dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında ekranlaşdırılıb. Filmin çəkilişləri 2 ay ərzində Şüvəlanda, Mərdəkanda və Bilgəhdə reallaşdırılıb. Rejissoruluğunu mərhum Ramiz Əzizbəylinin etdiyi ekran əsərində Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Rəfael Dadaşov, Ayşad Məmmədov kimi tanınmış aktyorlar rol alıblar.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 14-08-2021, 14:51