Arvadına sataşan qonşusunu evinə çay içməyə dəvət etdi, sonra... - Gəncədəki olayın TƏFƏRRÜATI
Gəncə şəhərində 1990-cı il təvəllüdlü Elmar qısqanclıq zəminində qonşu Elvinə (adlar şərti verilib - red) xəsarət yetirib.
REPORTYOR.AZ demokrat.az-a istinadən xəbər verir ki, ötən il sentyabrın 11-də Elmar yaşadığı evdə çay içdiyi fincanı Elvinin başına vurub.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar bildirib ki, zərərçəkmiş Elvin qonşu binada yaşayır, qonşu kimi normal münasibətləri olub: "Təxminən hadisə baş verən vaxtdan 4-5 ay əvvəl ailə qurmuşam. Son vaxtlar bildim ki, Elvin arvadımı narahat edir. Lakin bu barədə arvadım mənə heç bir söz deməyib".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 13-də, saat 14 radələrində yaşadığı binanın qarşısında Elvinlə rastlaşıb: "Elvinə dedim ki, bizə gedək, onunla işim var. Sonra Elvinlə birlikdə evə qalxdıq. Stol arxasında oturaraq çay içdik. Çay içən zaman Elvinə arvadıma söz ataraq onu narahat etməsini dedim. Həmin vaxt əsəbləşdi, mənimlə kobud danışdı. Elvinin mənə cavab qaytaranda çay içdiyim stəkanla onun baş nahiyəsinə vurdum. Həmin vaxt qardaşım evə gəldi, bizim dalaşdığımzı gördü. Bizi araladı".
Elmar qeyd edib ki, sonra qardaşı Elvin evdən çıxarıb və o da gedib: "Sonradan məni Nizami rayon Polis İdarəsinə dəvət etdilər. Bildim ki, Elvin barəmdə polisə şikayət ərizəsi yazıb. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxsə maddi və mənəvi ziyanı ödəmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elvinin sözlərinə görə, Elmarla qısqanclıq zəminində mübahisə edib, sonda mübahisə dava ilə nəticələnib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmə təqsirləndirilən şəxsin barəsində "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-05-2022, 11:00