Putin İstanbula gedib
Suriyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Dəməşqdən Türkiyənin İstanbul şəhərinə uçub.
Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rusiya dövlət başçısı yanvarın 8-də İstanbulda "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək.
Danışıqlarda iki ölkə arasında əməkdaşlığın inkişafının gələcəyi və Suriya və Liviyadakı vəziyyət daxil olmaqla beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 7-01-2020, 23:00