mobil versiya

Deputat oğlu əsgəri intihara vadar etdi - Qarabağda ETİRAZLAR başladı – VİDEO



Qarabağda erməni əsgərin ölümü ciddi etirazlara səbəb olub.

Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 30-da Qarabağda görüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il təvəllüdlü) intihar etdiyi bildirilir.

Hərbi Prokurorluq hərbçinin ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyini iddia etsə də, yaxınları Avakyanın öldürüldüyünü iddia edirlər. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb.
Onlar “tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” maddəsi ilə istintaqa cəlb olunublar.

Maraqlıdır ki, Vaqram Avakyanı intihara sürüklədiyi iddia olunan David Movsisyan Ermənistan parlamentinin eks-deputatı Arakel Movsisyanın oğludur.

Günahları sübuta yetirilsə, hərbi qulluqçuları 4-8 il arasında həbs cəzası gözləyir. Vaqram Avakyanın qohumları isə onun tabutu ilə Yerevana doğru hərəkət etməyə başlayıblar. Etirazçıların qarşısına çıxan müdafiə naziri David Tonoyan onlarla görüşərək istintaqın şəffaf aparılacağına söz verib.



SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 3-02-2020, 10:20