mobil versiya

Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi




Rusiya Federasiyası Hökumətinin sərəncamı ilə Başqırdıstan Respublikasının Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinin rəhbəri Ruslan Mirsayapov Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi vəzifəsinə təyin edilib.

Bu barədə “Report” Komitənin Mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, R.Mirsayapov Rusiya prezidentinin himayəsi altında olan idarəetmə kadrları ehtiyatına daxildir.

SON XƏBƏR / KARUSEL
Tarix: 20-02-2020, 15:50