Əsli Kazımova Prezident Administrasiyasına çağırıldı
Azərbaycan Sosial Rifah Partiyasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru xanım Əsli Kazımova Prezident Administrasiyasının yeni yaradılmış Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən Administrasiyaya dəvət edilib.
REPORTYOR.AZ-a bu haqda Əsli Kazımova məlumat verib: “Cənab Ədalət Vəliyevin təşəbbüsü ilə Azərbaycan Sosial Rifah Partiyası olaraq görüşə dəvət edildik. Görüş çərçivəsində Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə yaradılan partiyamızın təşəbbüsləri, planları və gələcək layihələri haqqında fikirlərimizi səsləndirməyə müvəffəq olduq. Ümumilikdə görüş qarşılıqlı və məhsuldar dialoq şəklində keçirildi. Belə görüşlərin davamlı olması siyasi partiyalar arasında sağlam rəqabət tendensiyasına təkan verə biləcək”.
REPORTYOR.AZ
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 3-03-2020, 19:37