mobil versiya

Alimlər ŞOKDA - Koronavirusun yeni simptomları ortaya çıxdı - FOTO




Dünya miqyasında 16 mindən çox insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ölümcül təsiri sürətlə yayılmağa davam edir.

Publika.az xəbər verir ki, bir müddət əvvəl İtaliyada COVID-19-a yoluxan 20 yaşlı amerikalı xəstənin paylaşımı tibb dünyasını heyrətə gətirib.

Tvitter sosial şəbəkəsindən başına gələnləri ifadə edən Culia Buskaqlia bu fikirlərə yer verib: “Fevralın 29-da İtaliyada qrip oldum. Başım və boğazım ağrıyırdı, qulaqlarım tıxanmışdı. 37,8 dərəcə hərarətim var idi. İltihab əleyhinə dərmanlar qəbul etdim və bütün günü yatdım".

Buskaqlia 1 martda həkimə getdiyini qeyd edərək sözlərinə belə davam edib: “Həkim mənə qrip olduğumu söylədi. Ancaq eşitmə qabiliyyətim getdikcə zəifləyirdi. Pandemiyanın artması səbəbindən təhsilimi yarımçıq qoyub evə qayıtmaq qərarına gəldim. Lakin qəflətən vəziyyətim pisləşdi. Eşitmə, qoxu və dadbilmə qabiliyyətimi itirdim. Bundan əlavə, nə burnum axırdı, nə də öskürürdüm. Baş ağrılarıma görə mütəmadi dərmanlar qəbul edirdim.

Testdən keçməyi planlaşdırmırdım, amma ailəm və həmkarlarım İtaliyadan yeni gəldiyim üçün bunu məndən xahiş etdi. 13 martda yoxlandım və nəticələr müsbət oldu. Halbuki yeni tip virusun əsas əlamətlərini özümdə müşahidə etməmişdim. Bu da məni heyrətləndirdi”.

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 24-03-2020, 13:45