mobil versiya

Fond direktorundan ŞOK sözlər: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub




Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub.

Musavat.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva deyib:
“Artıq biz resessiyadayıq. O qlobal maliyyə böhranından çox pisdir. Təcili olaraq səhiyyə, həmçinin iqtisadiyyatın müdafiə qabiliyyətini möhkəmlətmək üçün addımlar atılmalıdır. Formalaşmaqda və inkişaf etməkdə olan bazarlara çox güclü zərbə dəyib. İndiki ikiqat böhran şəraitində onların müdafiə üçün resursları daha azdır”.

Georgieva enters race to run United Nations – POLITICO

BVF rəhbərinin sözlərinə görə, pandemiya başlanandan bəri belə ölkələrdən xaricə kapital axını 90 milyard dolları keçib: “Bu, qlobal maliyyə böhranı dövründəkindən daha çoxdur. Biz Beynəlxalq Valyut Fondu olaraq Dünya Bankı və digər maliyyə qurumları ilə birlikdə gücümüzü səfərbər etmişik. Fond olaraq bizim 1 trilyon dollar ehtiyatımız var. Biz iqtisadiyyatı bu böhrandan çıxarmaq üçün lazım olan qədər vəsait sərf etməyə hazırıq”. 

SON XƏBƏR / GÜNDƏM / İQTİSADİYYAT
Tarix: 3-04-2020, 22:05