mobil versiya

Azərbaycanda 7 nəfər koronavirusdan ölüb, 44-ü sağalıb




Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə REPORTYOR.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 6-04-2020, 15:57