mobil versiya

Azərbaycanda məmur özünü güllələyərək intihar etdi




Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, o, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və  Lerik Rayon İcra Hakimiyyəti Aparatının Humanitar şöbəsində  məsləhətçi vəzifəsində çalışıb.
İlkin məlumata görə, Q.Quliyevin intiharına  xeyli miqdarda pul borcunun olması səbəb  ola bilər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.



SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 23-04-2020, 18:48