mobil versiya

BBC: Koronavirusun dərmanı tapılıb




Dünyanı cənginə alan koronavirusun dərmanı tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Kifayət qədər ucuz olan “Dexamethasone” adlı dərmanın COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunduğu bildirilib.

Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Qeyd olunub ki, bu dərman 2000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib.

Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib. 

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 16-06-2020, 19:09