mobil versiya

Bu dəfə bərbərxana və gözəllik salonlarında sıxlıq yarandı - VİDEO



Operativ Qərargah tərəfindən fəaliyyəti məhdudlaşdırılan obyektlərə bərbərxanalar və gözəllik salonları da daxildir. Bu gecədən etibarən belə obyektlər işləməyəcək. Bu isə gün ərzində gözəllik salonlarında və bərbərxanalarda böyük növbələrin yaranmasına səbəb olub.

REPORTYOR.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, gözəllik salonlarında iynə atsan yerə düşməz. Bu gecədən sərt karantin rejiminin tətbiqi və bununla əlaqədar gözəllik salonlarının fəaliyyətinin 2 həftəlik bağlanmasını nəzərə alan insanlar salonlara axın edib.

Salonda çalışan ustalarda bu günün əvvəlki günlərdən fərqləndiyini bildiriblər. Adi günlərdə 4-5 müştəriləri olurdusa, bu gün gec saatlara kim müştəriləri var.

Gözəllik salonları ilə yanaşı bərbərxanalarda da bu gün iş adi günlərdən fərqli olub. İlk görünüşdə də burda insan sıxlığı müşahidə edilib. Bərbərlərdə bu gün işlərinin adi günlərdən daha çox olduğunu bildiriblər.

Qeyd edək ki, sabahdan 8 rayon və şəhərdə sərt karantin rejimi tətbiq olunacaq və bununla əlaqədar olaraq 2 həftəlik bir çox müəssisələr öz fəaliyyətlərini dayandıracaqlar.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 21-06-2020, 10:00