mobil versiya

"Hacı Məmmədovla münasibətim olubsa, Allah mənə lənət eləsin"




Dostlar, sən demə, bu qadın da, ən adi, sıradan bir dedi - qoduçu imiş. Mənim haçansa Hacı Məmmədovla hər hansı bir tanışlığım və münasibətim olubsa, Allah mənə lənət etsin!!!

REPORTYOR.AZ ölkə.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova ''İnstagram'' hesabında yazıb. O, jurnalist Sevinc Osmanqızını sonuncu paylaşımında biabır edib.

"Sizin kimi bəsit metodlara əl atan şər - böhtançılar yalan uydurduğunuza görə də Allah sizə lənət eləsin!!! Sizin səhifənizdə paylaşdığınız bu statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu! O insan öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib fiziki cəhətdən yox edirmiş! Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr vuraraq qətlə yetirirsiz!

Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur!!! Dedi - qodu, şər - cəfəngiyyat baxımından da - əlində mikrofon tuta bildiyi üçün, adını müğənni qoyub, barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yox imiş!" - müğənni qeyd edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 29-07-2020, 09:29