mobil versiya

Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR




Ötən gecə Qəbələdə ağır yol qəzası baş verib.

REPORTYOR.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində "BАЗ" markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-07-2020, 10:40