Balaca Nərmini xilas edək – Təcili əməliyyat olunmalıdır
2018-ci il təvəllüdlü Piriyeva Nərmin Fuad qızının təcili əməliyyata ehtiyaca var.
Balaca Nərminin atası Fuad qıznın həyatının xilası üçün 40 min dollar pulun tələb olunduğunu və imkanı olan şəxslərdən kömək istədiyini bildirib.
Nərmin Türkiyənin İstanbul şəhərində “Medical Park” xəstəxanasında təcili əməliyyat olunmalıdır.
Qeyd edək ki, Nərminin anadan olduqdan 6 ay sonra təkrarlanan epilepsiya tutmaları başlayıb. Beyin maqnetik rezonans görüntüləmə (MRT) müayinəsi keçdikdən sonra kistik lezyon aşkar olunub. 6 ayından bəri farmakoloji müalicə alan Nərminin hazırkı durumu kritikdir. Həkimlər beyin əməliyyatının zəruri, o cümlədən də riskli olduğunu bildiriblər. Əgər tez bir zamanda cərrahiyyə əməliyyatı olmasa nəticə acınacaqlı ola bilər. Bu əməliyyat olunmasa Nərmində inkişaf pozğunluğu, hərəkətverici əlillik, öyrənmə çətinliyi ola bilər.
Hörmətli dostlar, KİV nümayəndələri, sadə xeyirxah insanlar! Balaca Nərminə cəmiyyətimizin diqqəti və köməyi lazımdır.
Valideynlərin nömrəsi: 055-241-11-90
Milliön terminalı: Bank Xidmətləri, Kapital Bank, Hesabın artırılması, Hesab nömrəsi 4169 7414 1999 8016
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-08-2020, 15:49