mobil versiya

Toya gedən 42 nəfər koronavirusa yoluxdu



Türkiyənin Bursa şəhərində toy məclisində iştirak edənlər koronavirusa yoluxub.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Bursada 3 ayrı toy məclisində iştirak edən 42 nəfərin koronavirus testi pozitiv çıxıb.
 
Son iki həftədir mediada müzakirə edilən toy görüntülərində maska və sosial məsafə qaydalarına əməl olunmadığı açıq şəkildə görülür. Hər üç toyda iştirak edən digər 150 nəfərdən də koronavirus testi götürülüb.
 
Xəstə olan və ya xəstəliyin əlamətlərini hiss edən şəxslərdən kütləvi tədbirlərdə iştirak etməmələri ilə bağlı çağırış edilib.

SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-08-2020, 16:48