Kafelər açılanda axını gördük, bəs kitab mağazalarına gedən varmı?
Kafelər açılanda gördük ki, insanların kafe-restorana necə susamış olduğunu gördük. Sel kimi axışırdılar. Bəs kitab dükanları açılandan sonra da belə mənzərə yarandımı?
"Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Qaynarinfo-ya bunları deyib:
"Kiçik kitab dükanları açılsa da, Mall-larda olan dükanlar açılmayıb. Yalnız şəhərdə, sərbəst fəaliyyət göstərən dükanlar açılıb. Əlbəttə, kafelərlə kitab dükanlarını müqayisə etmək düz olmur. Kafelər sosiallaşmaq üçündür, kitablar isə özünlə söhbət”.
Şahbaz Xuduoğlu sabaha nikbin baxdığını ifadə edib:
"Amma bütün halda kitab dükanlarının açılmasına sevinənlər çox oldu. Postpandemiya dönəmində dükanlara gələnlərin, kitab oxuyanların sayı daha çox olacaq”.
Xatırladaq ki, bu gündən etibarən Mall-lar istisna olmaqla, şəhərdə sərbəst fəaliyyət göstərən kitab dükanlarının işləməsinə icazə verilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 31-08-2020, 13:01