mobil versiya

Nazirlər Kabineti məlumat yaydı - SON DƏQİQƏ!



"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Məktəbəqədər təhsil sahəsində olan uşaqlar "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə ödənişsiz psixoloji yardım almaq hüququ əldə ediblər.

REPORTYOR.AZ xəbər verir ki , bu barədə Sonxeber.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin "Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarına müvafiq "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir" yarımbəndi əlavə olunaraq uyğunlaşdırılma aparılıb.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-09-2020, 18:27