mobil versiya

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama



"Hamımız uşaqların yenidən məktəbə getməsini istəyirik. Məktəbləri bağlamaq qərarı son çarə kimi olmalıdır”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyası zamanı məktəblilərin təhsili barədə danışarkən bildirib.

Onun sözlərinə görə, uşaqlar virusun ciddi təsirlərindən xeyli dərəcədə xilas olsalar da, başqa məsələlərdə zərər görüblər:

"Bir çox ölkədə təməl qidalanma və immunizasiya xidmətləri pozulub, milyonlarla uşaq aylarla məktəbdəki dərsləri buraxıb. Hamımız uşaqların yenidən məktəbə getməsini, təhlükəsiz və əlverişli tədris mühitinə sahib olmasını istəyirik. Məktəblər cəmiyyətin bir hissəsidir. Məktəblər faktiki olaraq cəmiyyətləri birləşdirir. COVID-19-un ötürülməsi riskini azaltmaq üçün ictimai tədbirlər məktəblərdə də riski azaldacaq”.

ÜST rəhbəri bəzi ölkələrdə məktəblərin yenidən açıldığını, digərlərində isə qapalı qaldığını vurğulayıb.

"Ölkələri hər vəziyyətdə dəstəkləmək üçün UNESCO, UNİCEF və ÜST COVID-19 kontekstində məktəblərlə əlaqəli ictimai sağlamlıq tədbirlərinə dair yenilənmiş təlimatları dərc edib... Uşaqlar, gənclər və bütövlükdə cəmiyyətimiz üçün dağıdıcı nəticələrini nəzərə alsaq, məktəbləri bağlamaq qərarı son çarə və yalnız intensiv ötürülmə olan ərazilərdə yerli səviyyədə olmalıdır. Məktəb bağlandığı müddətdə təhsilin davamlılığı distant təhsil yolu ilə təmin edilməlidir”, - deyə Qebreyesus bildirib.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 17-09-2020, 09:37