mobil versiya

Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"




Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

REPORTYOR.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı bildirib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var.:

"Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 19-10-2020, 10:12