mobil versiya

Ağır yaralansa da, şəhid yoldaşını özü ilə daşıyan qəhrəmanımız - VİDEO




Azərbaycan əsgəri vətənin hər bir qarışı üçün sinəsini sipər edib, canından keçib. Qəhrəmanlarımızın haqqı böyükdür. Haqqı tam Azərbaycandır. Onları tanımağa borcluyuq.

REPORTYOR.AZ Xəzər TV-yə istinadən sizi Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş igidlərdən biri ilə tanış edəcək.

İsmayıllı sakini olan Elvin Rəsulov Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Siz yaralı əsgərimizin ürəyinə , o çətin vəziyyətdə etdiyi böyük insanlığa bir baxın. O yanında şəhid olan əsgər yoldaşını belində döyüş zonasından çıxarıb.

Uşaqlıqdan olan arzusuna çatdı. Vətən müharibəsində ön cəbhədə yer aldı. Hazırda yaralı olan bu igid Şuşa uğrunda gedən döyüşlərdə yer alıb.

İsmayıllı rayonun Mican kənd sakini Elvin Rəsulov 1998 ci ildə dunyaya gəlib. Ali təhsillidir. Elvin üç ay öncə hərbi xidmətə cağrılıb. 27 sentyabrda isə Qarabağ Ərazisində başlayan muharibədə könüllü olaraq iştrak edib.

Elvin şuşanın alınmasında döyüşən igid həbçilərimizdən biridir. Deyir ki, əmr gələn kimi onlar gözünü belə qırpmadan irəli atılıblar. Çünki əsarətdə olan Şuşa onları gözləyirdi.

Həkimlər ona yaralarının problem olacagını desələr də o yenə yoldaşları ilə birgə döyüşə girib. Lakin bir müddət sonra şəhid olan yoldaşını ərazidən uzaqlaşdırarkən ağır yaralanıb.

Elvin bir müddət özündə olmayıb. əməliyyatdan ayılandan sonra ona şunanın azad olunduğunu bildiriblər. Qarabagın da azad olunması ona bütün acılarını unutdurub.

Elvin Rəsulov ordumuzun necə nizamlı olmasından, döyüş zonasında belə onlara hər cür şərait yaradılmasından onu ziyarətə gələnlərə agız dolusu danışır.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 12-11-2020, 09:40