Vilayət Eyvazovdan Xocalıya yeni təyinat
Daxili İşlər orqanlarında dəyişiklik olub.
REPORTYOR.AZ-ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Nemət Məmmədov DYPB-nin rəisi təyin olunub.
Qeyd edək ki, DYPB-nin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə çıxıb.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 16-11-2020, 15:20