mobil versiya

TƏCİLİ! Polis bu qadınla bağlı əhaliyə müraciət etdi



Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Zaqatala Rayon Polis Şöbəsindən Oxu24.com-a verilən məlumata görə, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102”  Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 6-12-2020, 12:25