İlqar Mirzəyevin oğlu "YAŞAT" Fondunda məsul vəzifəyə təyin olundu
"YAŞAT" Fondu üzvlərinin siyahısı açıqlanıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
REPORTYOR.AZ xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.
O bildirib ki, Fond şəhid və qazi ailələri ilə işlədiyinə görə işə məhz belə şəxslərin yaxınları cəlb olunub.
Həmin komandanın üzvləri bu şəxslərdir:
Elşad Haşımov Bahadır oğlu (Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi);
Nəbi Şükürov Balakişi oğlu (Aprel döyüşləri iştirakçısı Qarabağ qazisi);
Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu);
Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu);
Əliağa Zeynalov Əsgərağa oğlu (Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi);
Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);
Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı);
Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı);
Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu)
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 8-01-2021, 17:04