Təhsil Nazirliyi: Dərnək məşğələləri bərpa olunur
Azərbaycanda fevralın 8-dən dərnək məşğələlərinin ənənəvi formada keçirilməsi bərpa olunur.
Bu barədə REPORTYOR.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-02-2021, 10:21