mobil versiya

SON DƏQİQƏ: Təhsil Nazirliyi VACİB məlumat yayıb-fevralın 1-dən...



Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Təhsil Nazirliyindən qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 19-01-2021, 14:50