Ronen Krausz Aşkenazi, Sefarad və Dağ Yəhudisi icmalarının nümayəndələri ilə görüşüb

Azərbaycanda fəaliyyətinin ilk həftəsində yeni təyin olunmuş səfir Ronen Krausz Aşkenazi, Sefarad və Dağ Yəhudisi icmalarının nümayəndələri ilə görüşüb.
Bu barədə İsrailin ölkəmizdəki səfirliyi sosial şəbəkədə paylaşım edib.
Səfir Azərbaycanın sosial həyatının parlaq bir hissəsini təşkil edən bu icmalarla fikir mübadiləsi aparıb və onların ölkədə uzun illər boyu sahib olduqları dərin hörmət, ehtiram və təhlükəsizliyi bir daha təsdiqləyib.
Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-08-2025, 13:55