ABŞ institutu: Rusiyanın məqsədi Ukraynaya psixoloji terror yaşatmaqdır
“Rusiyanın kamikadze dronları döyüş tapşırığını icra etmək üçün deyil, Ukraynaya psixoloji terror yaşatmaq məqsədilə istifadə edilir”.
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertlərinin hazırladığı təhlildə deyilir.
Amerikalı hərbi analitik Brett Fridman qeyd edir ki, “Şahed-136” pilotsuz təyyarəsi təxminən 40 kiloqramlıq partlayıcı daşıyır. Halbuki, tipik 155 mm-lik “M795” artilleriya mərmisi bundan dörd dəfə az partlayıcı daşıyır.
“Bu isə o deməkdir ki, bir “Şahed-136” pilotsuz təyyarəsi təxminən üç partlayıcı mərmi daşıyır”, - hərbi analitik vurğulayıb.
B.Fridman həmçinin bildirib ki, Kiyevi vuran beş “Şahed-136” 15 artilleriya mərmisi effekti verir.
“Bu cür zərbələr mülki infrastruktura böyük ziyan vura və əhəmiyyətli hərbi nəticələr olmadan çoxlu insanı öldürə və yaralaya bilər, - deyə mütəxəssis qeyd edib.
Mənbə: Understandingwar.org
DÜNYA
Tarix: 19-10-2022, 17:15