Əfqan qadınları Kabildə etiraz aksiyaları keçirir
Keçən ilin avqustunda “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra qadınların əsas hüquqlarına qoyulan məhdudiyyətlər qlobal narahatlığa çevrilib. Bunun nəticəsində bir qrup qadın Kabildə etiraz aksiyası keçirərək qız tələbələrə qadağaların davam etməsi ilə bağlı narahatlıqlarını ifadə edib.
TOLONews xəbər verir ki, etirazçılar “Taliban”ı qadınlar üçün işləməyə və 6-cı sinifdən yuxarı qızların təhsil almasına icazə verməyə çağırıblar, çünki hərəkatın qoyduğu qaydalar ölkədə yoxsulluğu daha da artırıb.
Məşğulluq çatışmazlığı və “Taliban” vəhşiliyi səbəbindən Əfqanıstanda qadınlar təhsildə məhdudiyyətlər olduğundan faciəli əziyyət çəkənlərə çevrilib. Etiraz aksiyası keçirən qadınlar etiraz əlaməti olaraq təhsil sənədlərini göstərib, hökumətdən iş və təhsil istəyib.
“Human Rights Watch” təşkilatına görə, “Taliban”ın reaksiyası əvvəldən qəddar olub, etirazçıları döyüb, etirazları pozub, nümayişləri işıqlandıran jurnalistləri saxlayıb və onlara işgəncə verib, icazəsiz aksiyaları qadağan edib. Xüsusilə də yanvarın 16-da Kabildə “Taliban” üzvləri bibər qazı və elektrik şoku cihazlarından istifadə edərək etirazçılara hədə-qorxu gəlib, onları qorxudaraq fiziki təzyiq göstərib.
Qeyd edək ki, Əfqanıstanda insan haqlarının vəziyyəti Əfqanıstan hökumətinin süqutundan və ötən ilin avqustunda “Taliban”ın hakimiyyətə qayıdışından sonra daha da pisləşib. Ölkədə döyüşlər başa çatsa da, xüsusilə qadınlara və azlıqlara qarşı ciddi insan haqları pozuntuları səngimək bilmir. Bundan əlavə, ölkədə ərzaq məhsullarının davamlı olaraq bahalaşması əfqanlar üçün yeni problem kimi ortaya çıxıb. Bir il ərzində ərzaq qiymətləri təxminən iki dəfə artıb.
DÜNYA