mobil versiya

“Ukraynanın bərpası üçün ən azı 500 milyard avro lazımdır”- Dünya Bankı



“2022-ci ilin sonuna qədər Ukraynada yoxsulluq içində yaşayan insanların sayı 8 milyona çatacaq”.
Azpost.info xəbər verir ki, bunu Dünya Bankının vitse-prezidenti Anna Byerde proqnozlaşdırıb.
Byerde hesab edir ki, Ukraynanın bərpası üçün ən azı 500 milyard avro lazımdır.
O, bu müharibənin humanitar nəticələrinin fəlakətli olduğunu deyib: “2022-ci ilin sonuna qədər Ukraynada 8 milyon insan yoxsulluq içində yaşayacaq. Beləliklə, yoxsulluq səviyyəsi 2 faizdən 25 faizə yüksələcək. Bu, ölkədəki insanların gəlirlərinə və həyat səviyyəsinə köklü şəkildə təsir göstərəcək”.

DÜNYA
Tarix: 5-12-2022, 12:35