mobil versiya

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkilərinin sayı 61 mini keçib"



Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 61 330 hərbçisini məhv edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutkada işğalçıların 330 hərbçisi zərərsizləşdirilib.
Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 449 tank, 5 064 zirehli maşın, 1 424 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1 047 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 854 avtomobil və avtoçən, 134 xüsusi texnikadan ibarətdir.

GÜNDƏM
Tarix: 7-10-2022, 16:11