14 mindən çox kommersiya qurumu dövlət qeydiyyatından keçib

Dövlət Vergi Xidməti xəbər verir ki, kommersiya qurumlarının 72,1 faizi elektron qaydada, 27,9 faizi kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb. Onlardan 19,4 faizinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin olunub.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,8 faiz təşkil edib. Yeni qeydiyyat üsulunun (fin kod+mobil nömrə) ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4 faiz olub.
İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 12-12-2022, 18:09