mobil versiya

Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır




Azərbaycan Müdafiə Nazirliyi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına start verib.

Bu barədə REPORTYOR.AZ-a nazirlikdən bildirilib.

"Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik.

Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi - cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər", - nazirlikdən qeyd olunub.

Aksiya sentyabrın 1-dək davam edəcək.

Əlaqə nömrəsi: (+994 12 537 15 97)
KARUSEL / ÖLKƏ
Tarix: 7-05-2022, 09:55