mobil versiya

Gövhər Həsənzadə: “Müğənnilər restoran səhnələrində adiləşir” - VİDEO



Əməkdar artist Gövhər Həsənzadə yeni açıqlaması ilə diqqət çəkib. 

REPORTYOR.AZ xəbər verir ki, “Üzə düz” proqramına qonaq olan bəstəkar restoranda verilən konsertlərin çoxalmasına etiraz edib:

“Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, o insanlar elə hey danışırlar. Müğənni tamaşaçını aldada bilməz, fonoqram oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də var, televizorda da var.

Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məhfumu da dəyişilib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm. Konsert akademik olar. Biz dinləmək üçün olan konsertləri görmək üçün olanlarla qarışıq salırıq”.




KARUSEL
Baxılıb: 53 Tarix: 25-05-2022, 17:30



Şərh bildir
yenilə, əgər kod görünmürsə