mobil versiya

Polis hər yerdə bu qadını axtarır - FOTO

Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, itkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

KARUSEL / ÖLKƏ
Tarix: 3-06-2022, 12:00