Məktəblinin valideyni danışdı: “Oğlum şüşədən dərəyə düşdü” - VİDEO
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.
Baku TV xəbər verir ki, institutun həkimi xəstənin vəziyyətinin stabil olduğunu bildirib.
Qəzada xəsarət alan azyaşlının valideyni bildirib ki, sürücü avtobus ilə döngəyə daxil olarkən sürəti tənzimləyə bilməyib.
O deyib ki, qəza zamanı avtobusda onun iki uşağı olub. Uşaqlardan biri şüşədən dərəyə düşüb.
Həmçinin qəzada ağır xəsarət alan azyaşlı da danışaraq vəziyyətinin yaxşı olduğunu bildirib.
Ətraflı videonu təqdim edirik:
KARUSEL
Tarix: 13-06-2022, 19:00