mobil versiya

“Azərpoçt”un əməkdaşı şirkətin 10 min manata yaxın pulunu mənimsəyib




“Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

KARUSEL
Baxılıb: 73 Tarix: 4-08-2022, 12:15



Şərh bildir
yenilə, əgər kod görünmürsə