mobil versiya

Bakıda yeniyetmə 3-cü mərtəbədən avtomobilin üstünə düşüb




Bakıda yeniyetmə ağır xəsarət alıb.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin eyvanında ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
KARUSEL / GÜNDƏM
Tarix: 17-08-2022, 15:32