mobil versiya

Baydendən yeni pandemiya ilə bağlı xəbərdarlıq: Bu, şübhəsiz ki, olacaq


ABŞ Prezidenti Cozef Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib: “COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”.
O qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir. “Bu, şübhəsiz ki, olacaq”, – deyə dövlət başçısı vurğulayıb.
Daha əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts demişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.

KARUSEL / DÜNYA
Tarix: 15-12-2022, 09:44