mobil versiya

Yaponiyada güclü qar yağıntıları nəticəsində 8 nəfər həyatını itirib



Yaponiyada yağan qar nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların sayı isə 45-ə çatıb.
Daha öncə 4 nəfərin öldüyü, 23 nəfərin isə xəsarət aldığı bildirilmişdi.
Qeyd edək ki, bu həftənin əvvəlində Yaponiyanın şimal və qərbinə güclü qar yağıb. Elektrik enerjisində, mobil rabitədə fasilələr olub, dəmir yolu əlaqəsində gecikmələr baş verir. Yağan qar nəticəsində yollarda 20-30 kilometr uzunluğunda tıxac yaranıb və onların aradan qaldırılması üç günə yaxın vaxt aparıb.
Meteoroloqların proqnozlarına görə, dekabrın 23-dən şimal və qərb rayonlarına yeni güclü qar yağacaq. 24 saat ərzində bəzi ərazilərdə 30-90 santimetrə qədər qar yağa bilər. Cümə günü səhər siklonun təsiri altında cənubda yerləşən Kioto və Osaka şəhərlərinin ərazisində də yüngül qar yağıb.

KARUSEL / ÖLKƏ
Tarix: 23-12-2022, 09:02